Azərbaycanın yeni xarici pasportlarına barmaq izləri daxil ediləcək
8 572
Azərbaycan vətəndaşları 2011-2012-ci illərdən sonra köhnə pasportlarla Avropa ölkələrinə və ABŞ-a daxil ola bilməyəcəklər.
Azərbaycan DİN-in Viza və Qeydiyyat İdarəsindən 1news.az-a bildiriblər ki, 2011-ci ilədək ölkə vətəndaşları biometrik məlumatları əks etdirən yeni nəsil pasportlarla təmin olunacaqlar, çünki hazırda bir çox ölkələr bu standartlara keçir.
Azərbaycan da prezidentin milli biometrik identifikasiya sisteminin yaradılması haqqında sərəncamına uyğun olaraq yeni nəsil pasportların buraxılmasına başlayır.
Qeyd olunub ki, yeni tip pasportlara beynəlxalq standartlara uyğun olaraq barmaq izləri və insanın üz quruluşu haqqında biometrik məlumatlar daxil ediləcək.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.