Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 27.12.2008

Azərbaycanın turizm atlası nəşrə hazırlanır

7 477
S sazan · 27 dekabr 2008 əlavə edildi
Azərbaycanın turizm atlası nəşrə hazırlanır

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Kartoqrafiya fabrikində Azərbaycan Respublikasının ilk turizm atlası nəşrə hazırlanır.

Kartoqrafiya fabrikindən bildiriblər ki, DTXK-nın sədri, akademik Qərib Məmmədovun rəhbərliyi ilə tərtib edilən atlasın tərtibat işləri artıq başa çatıb. Əsasən turistlər üçün nəzərdə tutulan atlas gələn ilin əvvəlində çap olunacaq. İlk mərhələdə 1.200 nüsxə nəşr etmək planlaşdırılır. Gələcəkdə ölkədə turizmin inkişafı ilə atlas təkrar nəşr ediləcək.

Məlumatları Azərbaycan, ingilis və rus dillərində verilən atlasda ölkə ərazisində yerləşən tarix, milli memarlıq abidələri, dövlət qoruqları, turizm üçün yararlı yerlər, istirahət guşələri, bir sözlə, səyahətçilər üçün mühüm əhəmiyyət daşıyan obyektlər və infrastruktur haqqında ətraflı məlumat əks olunacaq.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.