XƏBƏRLƏR
· 14.05.2009
Azərbaycanın transsərhəd çaylarının Ermənistan ərazisində çirklənməsi normanı aşır
8 487
S
sazan
·
14 may 2009 əlavə edildi
Azərbaycanın transsərhəd çayları - Kür və Arazın - Gürcüstan və Ermənistan ərazisində çirklənməsi normanı aşır, bu barədə ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Monitorinqin nəticələrinə görə, Ermənistan və Gürcüstanın məişət tullantılarının atılması və sənaye müəssisələrinin tullantılarının filtrasiya aparılmadan Kürə axıdılması çayda biogen maddələrin artmasına səbəb olub. Suyun tərkibində spesifik çirkləndiricilər olan fenol və mis birləşmələrinin qarışıqları yol verilən normanı xeyli aşır.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
14.05.2009
Baxış
8 487