Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 25.09.2008

Azərbaycanın qorunan ərazilərində turizm marşrutları hazırlanır

7 298
S sazan · 25 sentyabr 2008 əlavə edildi
Azərbaycanın qorunan ərazilərində turizm marşrutları hazırlanır

«Piliqrim» təşkilatı hazırda qorunan ərazilərdə – milli parklarda yeni marşrutlar hazırlayır.

Bu təşkilatın rəhbəri Yuri Valuyevin bildirdiyinə görə, Azərbaycanın milli parklarında ekoturizmin inkişafı üçün perspektiv var. «Piliqrim» təşkilatı bu proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirməyi planlaşdırır.

Y. Valuyevin fikrincə, Azərbaycanın bütün milli parklarında turistlərin görməli yerləri var. Lakin onun fikrincə, xüsusilə endemik floranın unikal növlərinin bitdiyi Hirkan Milli Parkı ekzotikdir. Xüsusən də – Qafqazda bitməsi alimlər üçün müəmma olan dəmirağac.

Və məsələ burada subtropiklərdə deyil. Axı Batumidə də təxminən eyni iqlimdir, lakin orada dəmirağac bitmir. Ceyran sürülərinin üzərindən qışlamaq üçün buraya uçub gələn müxtəlif quş dəstələrinin uçduğu Şirvan qoruğu da ziyarət üçün çox maraqlıdır.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.