Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 22.05.2008

Azərbaycanın qərbində çaylar məcrasından çıxa bilər

8 885
S sazan · 22 may 2008 əlavə edildi
Azərbaycanın qərbində çaylar məcrasından çıxa bilər

Azərbaycanın qərbində Ağstafa çayında suyun səviyyəsinin qalxması səbəbindən daşqın təhlükəsi yaranıb. Bu barədə Ağstafa rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov məlumat verib.
Azərbaycanda mart-may aylarında dağlarda qarın əriməsi və intensiv yağıntılar səbəbindən çaylarda suyun səviyyəsi qalxır.
Tatarov bildirib ki, Ağstafa çayının sahillərinin möhkəmləndirilməsi üzrə işlərə baxmayaraq, daşqın təhlükəsi hələ də qalır.
Keçən il Ağstafa çayında iki kilometr, Kür çayında isə üç kilometr uzunluğunda bəndlərin tikintisinə başlanılıb.
2007-ci ilin aprel-may aylarında intensiv yağıntılar Ağstafa çayının səviyyəsinin qalxmasına və daşmasına səbəb olmuşdu. Nəticədə çay üzərindəki körpü tamamilə dağılmış və yararsız vəziyyətə düşmüşdü. Həmin dövrdə Kür çayının daşması nəticəsində Pirili kəndinin təxminən 300 ha, Qırılqəsəmənli kəndinin isə 20 ha-dan çox təsərrüfat ərazisi su altında qalmışdı. Keçən ilki təbii fəlakət Ağstafa rayonunun təsərrüfatına 1 mln. manatdan çox ziyan vurmuşdu.
Ağstafa paytaxt Bakıdan 420 km qərbdə yerləşir.

Mənbə: news.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.