XƏBƏRLƏR
· 29.04.2008
Azərbaycanın qərb bölgəsində zəlzələ: tələfat və dağıntı yoxdur
7 743
S
sazan
·
29 aprel 2008 əlavə edildi
29.04.2008 səhər saat 10:20-də Daşkəsən rayonunun ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 12 ballıq Rixter şkalası üzrə 2,5 bal gücündə yeraltı təkan qeydə alınıb.
Rayon sakinləri yeraltı təkanı hiss ediblər, lakin zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayevin bildirdiyinə görə, bölgədəki tikililərə heç bir ziyan dəyməyib.
Daşkəsən Bakıdan 390 km qərbdə yerləşir.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
29.04.2008
Baxış
7 743