Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 18.06.2008

Azərbaycanın avtomobil yolları yaxın 10 ildə beynəlxalq standartlara uyğunlaşdırılacaq

8 843
S sazan · 18 iyun 2008 əlavə edildi
Azərbaycanın avtomobil yolları yaxın 10 ildə beynəlxalq standartlara uyğunlaşdırılacaq

Azərbaycanın avtomobil yollarının beynəlxalq standartlara uyğunlaşdırılması prosesi 2018-2020-ci illərdə başa çatacaq.
Bu barədə APA-ya "Azəryolservis" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda yolların uzunluğu 30 min kilometrdən artıqdır. Yolların tikintisinin tam və keyfiyyətli başa çatdırılması üçün böyük vəsait və vaxt tələb olunur.

C.Qurbanov bildirib ki, 2018-2020-ci illərdə Azərbaycanın avtomobil yollarının səviyyəsi Avropa səviyyəsinə yaxınlaşacaq, 2013-cü ilə qədər isə beş magistral yolun tikintisi başa çatacaq.

Qurbanov qeyd edib ki, Əzizbəyov dairəsi üzərindəki körpünün bir hissəsi istisna olmaqla, Bakıda tikilən digər körpülər bu il istifadəyə veriləcək.

«Bundan başqa, paytaxtda dayanacaqlar da daxil olmaqla çoxsaylı yeraltı və yerüstü keçidlər tikiləcək», - deyə C.Qurbanov yekunlaşdırıb.

APA-Ekonomiks

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.