Azərbaycanda uzunluğuna görə dünyada ikinci dəniz körpüsü tikiləcək
8 954
Koreyanın Dongsung Engeneering şirkəti yaxın 7 il ərzində «Bakı buxtası üzərindən dəniz körpüsü» layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kim Yonq Seoq məlumat verib.
Onun sözlərinə görə, layihənin dəyəri 1,4 mlrd. dollar təşkil edir. Hazırda layihə hökumət tərəfindən müzakirə olunur.
Qeyd edək ki, dəniz üzərində Şıxov qəsəbəsinin ərazisindən Zığa qədər ucaldılacaq körpünün əsas hissəsinin uzunluğu 13,5-15 km olacaq. Kommunikasiyalarla birlikdə Bakı dairəvi yolu ilə birləşəcək körpünün uzunluğu 26 km-ə çata bilər.
Qeyd edək ki, bu, Çin körpüsündən sonra uzunluğuna görə dünyada ikinci dəniz körpüsü olacaq.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.