Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 26.04.2008

Azərbaycanda torpaq sürüşməsi baş verə bilər

7 698
S sazan · 26 aprel 2008 əlavə edildi
Azərbaycanda torpaq sürüşməsi baş verə bilər

Masallının Güllütəpə kəndində torpaq sürüşməsi təhlükəsi var. Sürüşmə zonasında 11 ev yerləşir. Bu ərazinin iki hektarı aktiv sürüşmə zonası hesab olunur.
Aprelin 17-də bu evlərdə yaşayan ailələrdən dördü təhlükəsiz zonaya köçürülüb. Qalan ailələrdən daha yeddisinin köçürülməsi barədə qərar qəbul edilib.
Ehtimal olunan sürüşmə zonasında 23 ev yerləşir.
Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Güllütəpə kəndinə gəlib sürüşmə ərazisində olublar. Sürüşmənin səbəblərini aşkar etmək üçün torpaq nümunələri götürülüb, səbəblər may ayının sonunda müəyyən ediləcək.
Kənd sakinləri bildiriblər ki, keçən il kənddə quraq hava olub, qışda isə 20 dərəcə şaxta olub. Onlar sürüşməni məhz bununla əlaqələndirirlər. Sakinlər həmçinin qeyd ediblər ki, yerin altında, 150 m dərinlikdə çay yatağı keçir və bu da sürüşməyə səbəb ola bilər.
Ümumi ərazisi 554 ha olan kənd Masallıdan 18 km məsafədə yerləşir.
Güllütəpənin əhalisi 2400 nəfərdir.

Mənbə: news.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.