Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 13.05.2008

Azərbaycanda «quş qripi»nin qarşısının alınması üzrə monitorinq başlayıb

8 218
S sazan · 13 may 2008 əlavə edildi
Azərbaycanda «quş qripi»nin qarşısının alınması üzrə monitorinq başlayıb

Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, monitorinq Abşeron yarımadasında, Dəvəçi, Salyan rayonlarında, Lənkəran rayonunun Qızılağac qoruğunda və s. həyata keçirilir.
«Monitorinqdə iştiraka baytarlıq xidmətinin, Ekologiya Nazirliyinin, Səhiyyə Nazirliyinin, Respublika Ovçular Cəmiyyətinin mütəxəssisləri cəlb olunub», - deyə Y.Xanvəli qeyd edib.
O vurğulayıb ki, monitorinq zamanı laboratoriya tədqiqatları üçün vəhşi və ev quşlarından qan nümunələri toplanır.
O vurğulayıb ki, monitorinqin nəticələri mayın 23-də açıqlanacaq.

Mənbə: www.day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.