Azərbaycanda quş qripi yoxdur
12 419
Bu il aparılan üçüncü monitorinqin nəticələri ölkədə sabit epizootik vəziyyətin olduğunu göstərir...
Quş qripinin aşkarlanması üzrə aparılmış laboratoriya analizləri Azərbaycan ərazisində bu virusun heç bir əlamətini aşkar etməyib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, DBX quş qripi virusunun aşkarlanması və yayılmasının qarşısının alınması üzrə cari ildə aparılan üçüncü monitorinqin nəticələrini açıqlayıb.
Belə ki, məlumatda qeyd olunur ki, 31 martda başlanan monitorinq zamanı 26 köçəri quşdan patoloji material və ölkənin özəl fermer təsərrüfatlarında saxlanılan quşlardan 2133 qan nümunəsi götürülüb.
Qeyd etmək lazımdır ki, mütəxəssislər tədqiqatları köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşma ərazilərində aparıblar. Xüsusilə, monitorinq Abşerondakı milli parkların ərazisini, o cümlədən Xəzərin sahil zolağını, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını əhatə edib. Bundan başqa, Ağcabədi və Lənkəran rayonları, həmçinin Qızılağac Dövlət Qoruğu tədqiq ediləcək.
Tədqiqat tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərinin daxil olduğu xüsusi komissiya tərəfindən aparılıb.
Bununla yanaşı, DBX vurğulayır ki, ölkədə quş qripi üzrə epizootik vəziyyət sabitdir və daimi nəzarət altındadır.
Əvvəlki iki monitorinq də ölkə ərazisində xəstəliyin virusunu aşkar etməsə də, Azərbaycanda 2005-ci ildə tətbiq edilmiş vəhşi quşların ovlanması, istehlakı və satışına qadağa qüvvədə qalır. Ölkənin bütün sərhəd-buraxılış baytarlıq məntəqələri yalnız quş qripinin deyil, heyvanların bütün xəstəliklərinin - Afrika taununun, dabağın və s. yayılmasının qarşısını almaq üçün gücləndirilmiş rejimdə işləyir.
Dövlət xidməti ev quşlarını, bir qayda olaraq, əksər hallarda xəstəliyin daşıyıcısı olan vəhşi quşlarla təmasın qarşısını almaq üçün qapalı binalarda saxlamağı tövsiyə edir.
Yeri gəlmişkən qeyd edək ki, virusun daşıyıcısı olan köçəri quşların miqrasiyasının azalmasını nəzərə alaraq, quş qripi virusunun yaranma təhlükəsi yüksək olmadığı üçün növbəti monitorinq cari ilin may ayında aparılacaq.
Yeri gəlmişkən, keçən il DBX 12 monitorinq aparıb, onların gedişində vəhşi və ev quşlarından 8 mindən çox nümunə tədqiq edilib. Onların heç birində virus daşıyıcısı aşkar edilməyib.
Mənbə: echo-az.com
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.