Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 28.01.2009

Azərbaycanda «quş qripi» virusu aşkar edilməyib

8 214
S sazan · 28 yanvar 2009 əlavə edildi
Azərbaycanda «quş qripi» virusu aşkar edilməyib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən yanvarın 12-də aparılmış «quş qripi» monitorinqinin nəticələri açıqlanıb.

Bu barədə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı 33 yabanı və 1982 ev quşundan qan və patogen material nümunələri götürülüb. Nümunələrin analizi «quş qripi» aşkar etməyib.

«Köçəri quşlar vasitəsilə «quş qripi» xəstəliyinin Azərbaycana keçməsi ehtimalını nəzərə alaraq, DBX monitorinqləri davam etdirir və növbəti monitorinq fevralın 16-da başlayacaq», - deyə Y.Xanvəli vurğulayıb.

Qeyd edək ki, monitorinq Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi rayonlarında, Lənkəran rayonundakı Qızılağac qoruğunda və s. aparılıb.

www.day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.