Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 21.04.2008

Azərbaycanda Qafqazın ən yüksək zirvələrindən birində meteoroloji stansiya tikiləcək

8 166
S sazan · 21 aprel 2008 əlavə edildi
Azərbaycanda Qafqazın ən yüksək zirvələrindən birində meteoroloji stansiya tikiləcək

Qafqazın ən yüksək zirvələrindən birində meteoroloji stansiyanın tikilməsi barədə qərar qəbul edilib. Bu barədə cümə günü Bakıda jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, meteoroloji stansiya ya Tufan dağında, ya da Şahdağda 3200 m hündürlükdə tikiləcək. «Bu stansiya vasitəsilə hər həftə buzlaqların səviyyəsinin artması və ya azalması barədə məlumat alacağıq. Bu proses qlobal müşahidələrdə çox mühüm məsələdir. Bu ərazilər «iqlim mətbəxi»dir, orada kənardan daxil olan iqlim təsirləri formalaşır və bu məntəqə lazımi məlumatı əldə etməyə imkan verəcək», - deyə nazir bildirib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda meteoroloji proqnozların dəqiqliyi artıb. «Dəqiqliyin artması beynəlxalq əlaqələrin genişlənməsi, böyük meteoroloji mərkəzlərlə sıx əlaqələr, Avropa, Türkiyə və Amerikanın meteoroloji peyklərindən alınan xəritələrin müntəzəm əldə edilməsi, mövcud müşahidə məntəqələrinin bərpası ilə bağlıdır», - deyə Bağırov əlavə edib.

news.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.