XƏBƏRLƏR
· 06.12.2008
Azərbaycanda neftlə çirklənmiş torpaqların rekultivasiyasının ilkin nəticələri beş ildən sonra görünəcək
7 734
S
sazan
·
06 dekabr 2008 əlavə edildi
Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının rekultivasiyasının ilkin nəticələri beş-altı ildən sonra görünəcək. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
Onun sözlərinə görə, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının rekultivasiyası istiqamətində böyük işi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) aparır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi (FHN) də fəaliyyət göstərir: «Yaxın 5-6 ildə bu fəaliyyətin nəticələrini görmək mümkün olacaq, rekultivasiya olunmuş ərazilər onlarla hektarı əhatə edəcək».
Nazir qeyd edib ki, neftlə çirklənmiş torpaqlarda obyektlərin tikilməsi mənfi amildir: «Belə ki, bu ərazilərdə buxarlanma prosesi gedir və burada tikinti işləri aparmaq olmaz. Bunun qarşısını almaq lazımdır. Belə hallar baş verir, eyni zamanda bununla mübarizə aparılır».
Qeyd edək ki, hazırda Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə birlikdə Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsi layihəsini həyata keçirir. DB layihəyə 164 mln. dollar ayıracaq. 3 mərhələdən ibarət layihə çərçivəsində DB radioaktiv tullantıların təmizlənməsi üçün FHN-ə 74 mln. dollar, 1000 ha ərazinin təmizlənməsi üçün avadanlıq alınmasına ARDNŞ-yə 60 mln. dollar və məişət tullantılarının idarə olunmasına yardım kimi 29,5 mln. dollar ayıracaq.

Xatırladaq ki, Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların ümumi sahəsi 33,3 min ha təşkil edir, bunun da 15 min ha-sı Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. Torpaqların təmizlənməsi və rekultivasiyasına ARDNŞ 63 mln. manat ayırıb, dövlət büdcəsindən 18,5 mln. manat ayrılıb.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
06.12.2008
Baxış
7 734