XƏBƏRLƏR
· 31.07.2008
Azərbaycanda müşahidə olunan anomal isti avqustda da təkrarlana bilər
7 160
S
sazan
·
31 iyul 2008 əlavə edildi
Avqustun ilk günlərində Azərbaycan ərazisində güclü isti gözlənilmir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, bu dövrdə temperatur 32-34 dərəcə həddində olacaq ki, bu da normadır. Bununla yanaşı, ümumilikdə avqustda orta aylıq temperatur normadan 2-3 dərəcə yüksək olacaq. Tağıyeva qeyd edib ki, avqustda da isti günlər gözlənilir, bu günlərdə müşahidə olunan isti təkrarlana bilər. Belə günlərdə Bakıda və Abşeronda havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər. Aran rayonlarında və Naxçıvan MR-də 42-43 dərəcə isti proqnozlaşdırılır.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
31.07.2008
Baxış
7 160