Azərbaycanda hava qeyri-sabit olacaq
8 68721 iyunadək Azərbaycanda hava son dərəcə qeyri-sabit olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.
Azərbaycanda iyun ayında qeyri-sabit meteoroloji şərait yaranıb. Bir çox bölgələrdə dolu yağıb, leysan yağışları tez-tez təkrarlanır.
Tağıyevanın sözlərinə görə, 21 iyunadək ölkənin bir çox rayonlarında axşam saatlarında yağış, dağətəyi bölgələrdə isə leysan gözlənilir. Bakıda və Abşeronda güclü şimal küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturunun normadan 1-2 dərəcə aşağı, gündüz saatlarında 25-27 dərəcə Selsi olacağı gözlənilir.
Tağıyevanın sözlərinə görə, 21 iyundan sonra hava nisbətən sabitləşəcək, havanın temperaturu yüksələcək.
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.