XƏBƏRLƏR
· 15.04.2008
Azərbaycanda 238 turoperator fəaliyyət göstərir
8 035
S
sazan
·
15 aprel 2008 əlavə edildi
Azərbaycanda turizm sahəsinin və mehmanxana biznesinin intensiv inkişafı müşahidə olunur. Bu barədə bu gün mətbuat konfransında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev bəyan edib.
Onun sözlərinə görə, nümunə kimi 2002-ci ilin və bugünün göstəricilərini müqayisə etmək olar.
«Belə ki, 2002-ci ildə Azərbaycanda 94 mehmanxana fəaliyyət göstərirdisə, hazırda belə obyektlərin sayı 320-dir. Turoperatorlara gəlincə, onların sayı 2002-ci ildən bəri 19-20-dən 238-ə qədər artıb», - deyə o qeyd edib.
İsmiyev həmçinin vurğulayıb ki, Azərbaycana gələn turistlərin sayı təxminən iki dəfə artıb.
Mənbə: 1news.az
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
15.04.2008
Baxış
8 035