XƏBƏRLƏR
· 11.03.2009
Azərbaycanda 11 min hektar ərazidə meşəbərpa işləri aparılır
7 934
S
sazan
·
11 mart 2009 əlavə edildi
Cari ilin yanvar ayında Azərbaycanın meşə təsərrüfatı faktiki qiymətlərlə 104 min manatlıq məhsul istehsal edib və xidmət göstərib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planına uyğun olaraq meşələrin seyrəlməsinin, torpaq eroziyasının, meşə massivinin azalmasının və təbii biosenozların yox olmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatları tərəfindən 2008-ci ildə 10 920 hektar ərazidə meşəbərpa işləri həyata keçirilib, iynəyarpaqlı və enliyarpaqlı ağac və kol cinslərinin 179,8 ton toxumu tədarük edilib. Tədarük olunmuş toxumların 72,7%-i palıd, 11,9%-i qoz-meyvə, 14,8%-i isə digər enliyarpaqlı ağac və kol cinslərinin payına düşüb.
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
11.03.2009
Baxış
7 934