Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 01.07.2009

Azərbaycan və Latviya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

8 943
S sazan · 01 iyul 2009 əlavə edildi
Azərbaycan və Latviya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Azərbaycan və Latviya cümə axşamı Bakıda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Sənədi Azərbaycanın ekologiya naziri Hüseyn Bağırov və Latviyanın ətraf mühit naziri Raymonds Veyonis imzalayıblar.

Bağırov bildirib ki, Latviyanın ətraf mühitin mühafizəsi sahəsində maraqlı təcrübəsi var. "İmzalanmış çərçivə sazişi birgə fəaliyyəti əlaqələndirməyə və ekologiya sahəsində bir-birimizin təcrübəsini öyrənməyə imkan verəcək", - deyə nazir bildirib.

Veyonis deyib ki, bir çox reytinqlərdə Latviya ekoloji cəhətdən dayanıqlı ölkə kimi qiymətləndirilir.

"Ekologiya sahəsində toplanmış təcrübəni digər ölkələrlə bölüşməyin vaxtı çatıb. Saziş dövlətlər arasında ikitərəfli əməkdaşlığa yeni təkan verəcək", - deyə Latviya naziri bildirib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsində 10-dan çox ölkə ilə, o cümlədən Gürcüstan, Türkiyə, Almaniya, İran, Moldova, Ukrayna, Çexiya və s. ilə əməkdaşlıq müqavilələri var.

www.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.