XƏBƏRLƏR
· 28.01.2009
Azərbaycan və Koreya alimləri Azərbaycanın palçıq vulkanlarını birgə öyrənəcəklər
8 217
S
sazan
·
28 yanvar 2009 əlavə edildi
Azərbaycan və Koreya alimləri gələcəkdə palçıq vulkanlarını birgə öyrənəcəklər.
Bu barədə təklif Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq-Çul tərəfindən çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə görüşdə edilib.
Koreya gələcəkdə Cənubi Xəzər çökəkliyində neft-qaz strukturunun, Azərbaycanın palçıq vulkanlarının və Naftalan təbii müalicəvi neftinin öyrənilməsi üçün Koreya və Azərbaycan alimləri arasında əməkdaşlıq təklif edib. Görüşdə təklif şifahi razılaşdırılıb, deyə Geologiya İnstitutunun çərşənbə günü yaydığı məlumatda bildirilir.
Azərbaycan Geologiya İnstitutu dünyada palçıq vulkanları Atlasının yaradılmasını planlaşdırır və Koreya alimlərini bunda iştirak etməyə çağırıb. Azərbaycanda 300-dən çox palçıq vulkanı aşkar edilib.
2006-cı ildə Azərbaycan Geologiya İnstitutu ilə Koreya Geoelmlər və Mineral Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
28.01.2009
Baxış
8 217