Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 11.05.2008

Azərbaycan MDB-də analoqu olmayan naviqasiya sistemi tətbiq edəcək

8 210
S sazan · 11 may 2008 əlavə edildi
Azərbaycan MDB-də analoqu olmayan naviqasiya sistemi tətbiq edəcək

2009-cu ildə Azərbaycan MDB-də analoqu olmayan naviqasiya sistemini tətbiq etməyi planlaşdırır.
Bu barədə Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə ölkənin bir sıra regionlarında 35 stansiya quraşdırılıb.

«Biz elə bir sistem tətbiq etmək niyyətindəyik ki, onun vasitəsilə istənilən şəxs istənilən nöqtədən dəqiq məlumat əldə edə bilsin».

Q.Məmmədov bildirib ki, bu gün belə xidmət təklif edən şirkətlər Google axtarış sistemindən istifadə edirlər, lakin buradakı təsvirləri aydın adlandırmaq olmaz.

Layihə üçün Dünya Bankı Azərbaycana 38 mln. dollar kredit ayırıb.

«Bunlardan 15 mln. dollar geodeziya, torpaq kadastrı, xəritəçəkmə işlərinə yönəldiləcək. Layihədə həmçinin daşınmaz əmlakın dövlət reyestri xidməti, Ədliyyə Nazirliyi və digər dövlət qurumları iştirak edir. Qalan 23 mln. dollar məhz onlara verilib».

Qeyd edək ki, layihə çərçivəsində bir sıra xarici dövlətlərdən avadanlıq alınıb.
day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.