Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 28.01.2009

Azərbaycan ekspedisiyası Cənub qütbündən 34 km məsafədədir

7 899
S sazan · 28 yanvar 2009 əlavə edildi
Azərbaycan ekspedisiyası Cənub qütbündən 34 km məsafədədir
Antarktidada olan, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun rəhbərlik etdiyi Azərbaycan ekspedisiyası hazırda Cənub qütbündən 34 km məsafədədir.
Çətin hava şəraitinə baxmayaraq, ekspedisiya elmi proqram çərçivəsində artıq 459 müşahidə-ölçmə işi aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin ekspedisiya üzvlərinin «İridium» peyk rabitəsi sistemi ilə verdiyi məlumata istinadən bildirdiyinə görə, 42-44 dərəcə temperaturda ekspedisiya 8-9 saat ərzində 10-11 km yol qət edə bilirsə, mülayim havada – 27-28 dərəcədə təxminən 15 km yol gedirlər. Sutkanın qalan hissəsini ekspedisiya üzvləri sərf olunmuş enerjinin bərpasına həsr edirlər.
Qütbə doğru hərəkət zamanı ekspedisiyanın qeydə aldığı ən yüksək temperatur 28 dərəcə, ən aşağı temperatur isə 44 dərəcədir. Bir günlük yol ərzində ekspedisiya üzvləri təxminən 6000 kalori enerji sərf edirlər, halbuki adi şəraitdə insanın orta sutkalıq sərf norması 1600 kalori təşkil edir.

www.1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.