Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Yaxın illərdə Bakı dünyanın ən təmiz şəhəri olacaq»
9 082
Yaxın illərdə Azərbaycanda 2006-2010-cu illər üçün ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planının icrası hesabına Bakı dünyanın ən təmiz şəhəri ola bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təbiəti mühafizə siyasəti şöbəsinin baş məsləhətçisi Arif İsgəndərovun sözlərinə görə, hazırda Abşeron yarımadası ən çirklənmiş ərazi hesab olunur, çünki sənaye müəssisələrinin 60%-i burada yerləşir. Onun sözlərinə görə, müəssisələrin bəziləri artıq ləğv edilib, digərləri isə şəhərdən kənara köçürülür.
Hökumətin gördüyü tədbirlər nəticəsində Abşeron yarımadasının çirklənmə səviyyəsi xeyli azalıb. Sovet dövrü ilə müqayisədə çirklənmə göstəricisi 10 dəfə azalıb.
Mənbə: APA
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.