Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 16.08.2008

Azərbaycan Ekologiya Nazirliyi sulu-bataqlıq ərazilərin mühafizəsi mövzusunda rəsm müsabiqəsi elan edib

7 693
S sazan · 16 avqust 2008 əlavə edildi
Azərbaycan Ekologiya Nazirliyi sulu-bataqlıq ərazilərin mühafizəsi mövzusunda rəsm müsabiqəsi elan edib

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi uşaqlar üçün «Təmiz bataqlıq əraziləri, sağlam insanlar» mövzusunda rəsm müsabiqəsi elan edib.
Bu barədə Day.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Burada qeyd olunub ki, müsabiqədə 5 yaşdan 18 yaşa qədər uşaqlar iştirak edə bilər və müsabiqənin keçirilməsində məqsəd sulu-bataqlıq ərazilərin mühafizəsidir.

İşlər nazirlikdə sentyabrın 30-dək qəbul ediləcək.

Komissiyanın müəyyən edəcəyi qalibləri pul mükafatı gözləyir. Belə ki, müsabiqənin şərtlərinə əsasən, birinci yerə görə nazirlik 300 manat mükafat verəcək. İkinci və üçüncü yeri tutanlar müvafiq olaraq 200 və 100 manat alacaqlar.

Day.Az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.