Azərbaycan Ekologiya Nazirliyi: «Leysan yağışları ilə əlaqədar çaylarda suyun səviyyəsi qalxıb»
7 762
Hazırda suyun ən yüksək səviyyəsi Quba-Xaçmaz çaylarında müşahidə olunur və ongünlük normanın 190-695%-ni təşkil edir. Qazax-Gəncə regionunun çaylarında suyun səviyyəsi ongünlük normanın 135-215%-ni, Balakən-Şəki regionunun çaylarında isə 100-195%-ni təşkil edir.
Digər çaylarda isə suyun səviyyəsi normadan aşağıdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının və Lənkəran-Astara regionunun çaylarında suyun səviyyəsi ongünlük normanın 35-95%-ni təşkil edir.
Transsərhəd çayların vəziyyəti barədə məlumata görə, Kür çayının Qırağkəsəmən məntəqəsindən Şəmkir su anbarına axımı saniyədə 178 kubmetr (ongünlük normanın 60%-i), Qanıx çayından Mingəçevir su anbarına isə saniyədə 196 kubmetrdir (ongünlük normanın 134%-i).
Son bir neçə gündə intensiv yağışlar nəticəsində Kür çayının aşağı axarında suyun səviyyəsinin qalxması müşahidə olunur. Belə ki, son beş gündə Kür çayının Surra məntəqəsində və Şirvanda suyun səviyyəsi 20 sm, Salyanda 30, Bankəda isə 10 sm qalxıb.
Hazırda Kür çayının suyunun səviyyəsi Surra məntəqəsində 365 sm, Şirvanda 289 sm, Bankəda isə 281 sm-dir.
Novruzlu məntəqəsində Araz çayının suyunun səviyyəsi 85 sm-dir.Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.