Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 18.06.2008

Azərbaycan Ekologiya Nazirliyi: «Ermənistanla sərhəddə Araz çayında suyu çirkləndirən əsas elementlər normanı 2-3 dəfə aşır»

8 869
S sazan · 18 iyun 2008 əlavə edildi
Azərbaycan Ekologiya Nazirliyi: «Ermənistanla sərhəddə Araz çayında suyu çirkləndirən əsas elementlər normanı 2-3 dəfə aşır»

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları transsərhəd çaylarda vəziyyətin növbəti monitorinqini keçiriblər.
Bu barədə Day.Az-a Ekologiya Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, monitorinq hər on gündən bir keçirilir və məqsəd Kür və Araz çayları olan transsərhəd çayların çirklənmə səviyyəsini aşkar etməkdir.

Monitorinqin nəticələrinə görə, Gürcüstanla sərhəddə Kür çayının Şıxlı-2 məntəqəsində suyu çirkləndirən əsas amillər yol verilən normanı dəfələrlə aşır. Belə ki, fenolların miqdarı yol verilən normanı 4, mis elementləri 9, neft və neft məhsulları 1,4 dəfə aşır.

Ağstafaçay çayında fenolların miqdarı yol verilən normanı 3, mis elementləri 5 dəfə; su anbarında: fenollar 2, mis elementləri 9, neft və neft məhsulları 1,2 dəfə aşır.

Araz çayında, Ermənistanla sərhəddə fenolların miqdarı və mis elementləri yol verilən normanı 2-3 dəfə aşır.

Day.Az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.