Azərbaycan Bəhreyndə keçiriləcək Beynəlxalq Turizm Sərgisində təmsil olunacaq
8 244
Mayın 14-17-də Azərbaycan Bəhreyndə keçiriləcək «Bahrain International Travel Expo (BITE 2008)» Beynəlxalq Turizm Sərgisində iştirak edəcək.
Sərgidə 44 ölkədən 120 eksponent təmsil olunacaq. Sərginin təşkilatçılarından biri, Magnum Holdings-in prezidenti Cəmil Vafa qeyd edib ki, «BITE həm sahibkarlara, həm də istehlakçılara böyük imkanlar yaradır», – deyə www.tradearabia.com xəbər verir.
Sərgi iştirakçıları arasında həmçinin BƏƏ, Oman, İspaniya, İsveç, Avstriya, Belçika, Bruney, Kipr, Misir, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələr var.
Sərgi aviaşirkətlər, avtomobil kirayəsi şirkətləri, sərgilər, kruiz xətləri, kurortlar, mehmanxanada yerləşmə, görməli yerlər, turoperatorlar, səyahət sığortası və s. daxil olmaqla geniş sahələri əhatə edir.
1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.