ATƏT Bakıda ətraf mühitin təhlükəsizliyinə həsr olunmuş seminar keçirir
7 633
Bakıda ATƏT-in ətraf mühitin təhlükəsizliyinə həsr olunmuş seminarı keçirilir. Seminar zamanı nazirliklərin nümayəndələri, yerli və beynəlxalq ekspertlər Azərbaycanın bu sahədə üzləşdiyi əsas problemləri müzakirə edirlər. ATƏT-in Bakı ofisinin rəhbəri Luis Herero Ansola tədbirdə bildirib ki, ekoloji problemlər ölkənin ümumi vəziyyətinə təsir göstərir, ziyan vurur və insan təhlükəsizliyi üçün təhdid yaradır: «Cənubi Qafqazda bir sıra ciddi ekoloji problemlər var, lakin mövcud siyasi maneələr şəraitində onları həll etmək çətindir». Öz növbəsində, BMT-nin Bakı ofisinin rəhbəri Bruno Pueza qeyd edib ki, Azərbaycan ərazisinin 20%-i hökumətin nəzarəti altında deyil: «Buna görə də orada suların çirkləndirilməməsinə və meşələrin qırılmamasına nəzarət etmək çətindir». Onun sözlərinə görə, regionda SSRİ dövründən qalmış çoxlu problemlər də var.
Mənbə: APA
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.