Araz çayında Ermənistanla sərhəddə suyu çirkləndirən əsas elementlər normanı 2 dəfə aşır
7 822
[INTRO]Araz çayının Ermənistanla sərhəd hissəsində fenolların və mis birləşmələrinin miqdarı yol verilən normanı iki dəfə aşır.[/INTRO]
Bu barədə Day.Az-a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, çirklənmə nazirlik əməkdaşlarının hər on gündən bir Kür və Araz çaylarında, həmçinin onların transsərhəd qollarında apardığı monitorinq nəticəsində aşkar edilib.
Bundan başqa, monitorinqin nəticələrinə görə müəyyən edilib ki, Gürcüstanla sərhəddə Kür çayının Şıxlı-2 məntəqəsində fenollar yol verilən normanı 4, mis birləşmələri - 9, neft və neft məhsulları - 1,4 dəfə aşır.
Ağstafaçay çayında fenolların miqdarı yol verilən normanı 3, mis elementləri - 5 dəfə; eyniadlı su anbarında isə fenollar - 2, mis elementləri - 9, neft və neft məhsulları - 1,2 dəfə aşır.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.