Aprel ayında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 min manat məbləğində cərimə tutub
8 292
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aprel ayında keçirdiyi reydlər zamanı aşkar edilmiş ekoloji qanunvericilik pozuntularına görə 63 akt və 5 inzibati protokol tərtib edilib.
Bu barədə «Novosti-Azərbaycan» ETSN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Məlumatda göstərilir ki, 63 akt üzrə ümumilikdə 16838,56 manat məbləğində iddia qaldırılıb, 5 protokol üzrə isə 3 575 manat məbləğində cərimə sanksiyaları tətbiq edilib.
Qeyd edək ki, reydlər Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara və Yardımlı rayonlarında keçirilib
Lənkərandakı pozuntu faktı ilə bağlı Lənkəran rayon prokurorluğuna müraciət edilib və hazırda orada istintaq aparılır.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.