Ağac kəsilməsinə görə cərimələrin artırılması lazımi effekt vermir
8 519
2008-ci ilin birinci rübündə ağac kəsmiş şəxslərə qarşı 300-dən artıq iddia qaldırılıb.
Day.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.
Nazir qeyd edib ki, hesabat dövründə 24 meşəbəyi işdən azad edilib və 67 şəxs barəsində inzibati cəza tətbiq olunub.
«Təəssüf ki, rayonlarda ağacların kəsilməsinin səbəblərindən biri meşəbəyilərin üzləşdiyi problemlərdir. Cərimələrin artırılması və məsul şəxslərin işdən azad edilməsi lazımi effekt vermir»,- deyə H.Bağırov qeyd edib.
Nazir bildirib ki, qısa müddət ərzində respublika üzrə 8 milli park, 4 qoruq, 3 yasaqlıq, 3 təbiət abidəsi yaradılıb və fəaliyyət göstərən 5 qoruğun ərazisi genişləndirilib.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.