Aeroflot veteranlara pulsuz uçuşlar təqdim edəcək
8 295
[INTRO]May ayında «Aeroflot – Rusiya hava yolları» aviaşirkəti veteranlar üçün «Döyüş şöhrəti yerlərinə» aksiyası keçirir.[/INTRO]
O, 5-dən 29 mayadək keçiriləcək və Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasının 63-cü ildönümünə həsr olunur. Aeroflot səkkizinci ildir ki, minlərlə veterana – Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad blokadasından sağ çıxanlara, faşizmin keçmiş məhbuslarına, Böyük Vətən müharibəsi əlillərinə Aeroflotun müntəzəm reysləri ilə Rusiya Federasiyasının istənilən məntəqəsinə və Avropa məntəqələrinə (Bolqarıstan, Macarıstan, Almaniya, Latviya, Polşa, Rumıniya, Serbiya, Ukrayna, Xorvatiya, Avstriya, Çexiya), həmçinin MDB/Baltikyanı ölkələrin məntəqələrindən Rusiya Federasiyasına pulsuz uçuş imkanı verir.
Aksiya MDB ölkələrində və əvvəllər SSRİ-nin tərkibinə daxil olmuş Baltikyanı respublikalarda (bundan sonra – Baltikyanı ölkələr) yaşayan və/və ya müvafiq ölkələrin vətəndaşı olan Böyük Vətən müharibəsi veteranlarına (iştirakçılarına) və əlillərinə şamil ediləcək.
Bu aksiyanın şərtlərinə uyğun olaraq verilmiş aviabiletin qüvvədə olma müddəti bir aydır.
1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.