Abşeronun neftlə çirklənmiş ərazilərinin təmizlənməsi
7 739
[INTRO]Azərbaycan və Koreya «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi» layihəsinin həyata keçirilməsi haqqında saziş imzalayacaq[/INTRO]
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOIKA) vitse-prezidenti Çanq Se-Çeonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Xüsusilə «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi» layihəsi müzakirə edilib. Layihənin icrası haqqında sazişin Koreyanın baş nazirinin 21 aprelə planlaşdırılan Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulur.
Bundan başqa, sənaye və energetika nazirliyi və KOIKA energetika sistemində itkilərin azaldılması və enerji resurslarından səmərəli istifadə üzrə layihə həyata keçirməyi planlaşdırır. Hazırda «Bakıelektrikşəbəkə» ASC tərəfindən pilot layihə üçün sahə ayrılması imkanı nəzərdən keçirilir.
Azərbaycan hökuməti həmçinin KOIKA ilə xüsusi iqtisadi zonanın yaradılması, kiçik SES-lərin tikintisi, Talış dağlarında yeraltı resursların öyrənilməsi barədə danışıqlar aparır.
Mənbə: APA
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.