2008-ci ildə «quş qripi» üzrə 4-cü monitorinqin nəticələri açıqlanıb
8 534
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti (DBX) Azərbaycanda cari ildə «quş qripi» üzrə aparılan 4-cü monitorinqin nəticələrini açıqlayıb.
Qeyd edək ki, monitorinqi DBX mütəxəssisləri səhiyyə, ekologiya və təbii sərvətlər nazirlikləri, həmçinin Ovçular Cəmiyyəti ilə əməkdaşlıqda aparıblar.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin bildirdiyinə görə, monitorinq Abşeron, Dəvəçi, Salyan və Lənkəran rayonlarında köçəri quşların məskunlaşdığı yerlərdə, həmçinin ölkənin şəxsi fermer təsərrüfatlarında keçirilib.
Monitorinq zamanı 13 köçəri quşdan və ölkənin şəxsi fermer təsərrüfatlarında saxlanılan 1352 quşdan qan nümunələri götürülüb. Qan nümunələrində «quş qripi»nin hər hansı əlaməti aşkar edilməyib.
Növbəti monitorinq noyabrda keçiriləcək.
Mənbə: www.1news.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.