XƏBƏRLƏR
· 28.01.2009
2008-ci ildə Azərbaycanda 65 ton nərə balığı ovlanıb
7 796
S
sazan
·
28 yanvar 2009 əlavə edildi
Azərbaycan Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş su bioresurslarından istifadə qaydalarına uyğun olaraq, 2008-ci il üçün 71 hüquqi və fiziki şəxsə ümumilikdə 3700 ton balıq ovu kvotası verilib.
Kvotanın səviyyəsinə baxmayaraq, il ərzində 1517 ton balıq ovlanıb, o cümlədən 65 ton nərə balığı, 50 ton kütüm, 76 ton çəki, 1020 ton kilkə. Ovun qalan hissəsi kefal, dabanbalığı, çapaq və s. payına düşüb.
Qeyd edək ki, Xəzəryanı dövlətlər üçün 2008-ci ildə nərə cinsli balıqların ovu kvotası 1 min 61,02 ton həcmində müəyyən edilmişdi ki, bu da 2007-ci illə müqayisədə 1% azdır. Azərbaycan üçün kvota 90 ton, Qazaxıstan üçün 182,5 ton, İran üçün 440 ton, Rusiya üçün 286,5 ton, Türkmənistan üçün 62 ton təşkil edirdi.

Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
28.01.2009
Baxış
7 796