XƏBƏRLƏR
· 09.08.2008
13 ildən sonra Xəzərdə nərəkimilərin ehtiyatları tükənə bilər
7 086
S
sazan
·
09 avqust 2008 əlavə edildi
İranın Beynəlxalq Nərəkimilər Elmi-Tədqiqat İnstitutu bildirib ki, Xəzər dənizində nərəkimilərin ehtiyatları 25-30% azalıb və qadağan olunmuş ovlama üsullarından istifadə davam edərsə, 13 ildən sonra adıçəkilən balıq növlərinin ehtiyatları sıfıra enəcək.
Hazırda İran, Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycanın əməkdaşlığı ilə Xəzər dənizində nərəkimilərin ehtiyatlarının monitorinqi üzrə birgə layihə həyata keçirilir.
Layihə çərçivəsində işlər Astaradan (Azərbaycan) başlayaraq Bəndər-Türkmənə (İran) qədər sahilyanı sularda aparılır.

Beş Xəzəryanı ölkənin apardığı tədqiqatların nəticələri sentyabrda Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyasının iclasında müzakirə olunacaq.
/www.apa.az/
Şərhlər (0)
Hələ şərh yoxdur
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.
Material haqqında
Növ
Xəbərlər
Müəllif
sazan
Tarix
09.08.2008
Baxış
7 086