"XƏZƏR KUBOKU"nun tarixində dəyişiklik
Təəssüf ki, hava şəraiti bu dəfə də yarışları lazımi qaydada keçirməyə imkan vermir. Amma
5-ci Xəzər Kubokunu yenə də keçirməyə çalışacağıq. 11 noyabr 2013-cü il səhər saat 8:00-da hamını Artyomda (Pirallahı) Fərid dayının yanında gözləyirik.
İstəyən hər kəs 5-ci Xəzər Kubokunda iştirak edə bilər. Yarışda iştirak pulsuzdur. Yarış 1 günün nəticələrinə görə keçiriləcək. Yarış fərdi hesabla keçiriləcək. Start səhər saat 9-da Fərid dayının bazasında. Tibbi komissiya və texniki nəzarət də olacaq. Ona görə də artıq hazırlıqlı, bütün sualtı ləvazimat dəstini özünüzlə gətirərək gəlin, bıçaqları və buyları unutmayın.
Bundan əlavə, suyun soyuq ola biləcəyi ilə əlaqədar mağazanın rəhbərliyi yarış iştirakçıları üçün aksiya keçirməyi qərara alıb. Mağazadan 7 mm-lik hidrokostyumları 15% endirimlə ala bilərsiniz. Aksiya 15 noyabr 2013-cü ilə qədər davam edir.
Hörmətlə,
"CASPIAN HUNTERS" Klubunun Administrasiyası.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.