Tereşkova adası, Pirallahı, Pirsaat silsilələri
Sualtı ovçuluq üzrə 5-ci Yubiley "Xəzər Kuboku"
28-29 sentyabr 2013-cü il
Əsasnamə
Məqsəd və vəzifələr
Yarış “Caspian Hunters” klubu tərəfindən Fərdi və Komanda hesabında ən güclü sualtı ovçuları müəyyən etmək, sualtı ovçuluğu təbliğ etmək və təcrübə mübadiləsi məqsədilə keçirilir.
Azərbaycan klublarının açıq birinciliyi. Fərdi-Komanda yarışları
İştirakçılar Yarışlarda Fərdi və Komanda hesabında Azərbaycanın istənilən sualtı ovçular birliyinin idmançıları iştirak edə bilər.
Yarışın şərtləri
Mandat komissiyasına müraciətlərin təqdim edilməsinin son tarixi 20.09.2013-dəkKomandanın tərkibi 3 nəfər.
Yarışlar 28-29 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Həvəskar və idman balıqçılığı Qaydalarına, KMAS Qaydalarına uyğun olaraq keçirilir - 2 gün, hər gün 5 saat sualtı ovQalib iki günlük yarışın nəticələrinə görə xalların cəminə əsasən müəyyən olunur.
Minimal hesaba alınan çəki: kefal 500 qr, kutum 500 qr, çəki və bığlı balıq 1000 qr-dan, qalan hər şey 500 qr-dan.
İdmançıların xallarını hesablamaq üçün əmsal tətbiq olunur: kefal, kutum, bığlı balıq üçün 1 qr çəki - 1 xal
çəki balığı üçün hər qram çəkiyə 0,5 xal.
Akvatoriyalar:
Abşeron r-nu, Tereşkova adası
Pirallahı yarımadası, Kojemyakino adlanan ərazi (sahildən ov)
Ələt r-nu, Pirsaat silsilələri
Dərinliklər 15 m-ə qədər.
Balıq: kefal, kutum, çəki, çapaq-ağ amur (jerex), bığlı balıq, xanı balığı, bufalo.
Ovu qadağan olunan balıq: Nərəkimilərin bütün növləri, qızılbalıq.Komandalar və iştirakçılar yarışa öz avadanlıqları ilə gəlirlər. Akvatoriya yarışın başlanmasına 1 gün qalmış ov üçün bağlanır.
YARIŞA BURAXILMAQ ÜÇÜN İDMANÇILARDA OLMALIDIR.
1. Pasport və ya şəxsiyyət vəsiqəsi.
2. Adlı müraciət və tibbi kart (və ya poliklinikadan sağlamlıq vəziyyəti haqqında arayış)
bütün iştirakçılar keçirilən yarışların Şərtləri ilə razılıqları və risk üçün şəxsi məsuliyyətləri barədə BƏYANNAMƏ-HESABAT imzalayırlar.
START və FİNİŞ - Hakimlər Kollegiyasının yerləşdiyi yer
Startda və ya Finişdə hakimlərin yanında qeydiyyatdan keçməyən idmançıların nəticələri
LƏĞV EDİLİRFinişdə nəzarət vaxtı bitdikdən sonra-idmançı cərimələnir - 15 dəqiqə gecikmə -100 xal
- 30 dəqiqədən artıq gecikdikdə Ov LƏĞV EDİLİR, iştirakçıya isə bütün gecikmə müddətinə görə CƏRİMƏ xalları hesablanır.
-Cərimə xalları idmançının və onun komandasının nəticəsinə hesablanır.
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Yarış akvatoriyasında sığorta:
cütlükdə (qarşılıqlı olaraq), sahildən nümayəndə tərəfindən və ya qayıqlardan hakimlər tərəfindən.
Yarış iştirakçısında olmalıdır.
-Tez açılan yük kəməri,
-parlaq rəngli siqnal buyu, üzmə qabiliyyəti 8 kq-dan az olmayan,
-buyun üzərində start nömrəsinin yazılması üçün yer olmalıdır,
-sualtı bıçaq,
-qırılmaya ən azı 20 kQ qüvvəyə davam gətirən buy ipi. Startdan əvvəl əlavə Şifahi Təlimat keçirilir.
Yarış zamanı idmançıya istənilən nəqliyyat vasitəsindən istifadə etmək QADAĞANDIR. Yarış akvatoriyasında yalnız hakimlər kollegiyasının və xilasetmə xidmətinin qayıq və katerləri ola bilər.
Bu əsasnamənin bəndlərini pozduğuna görə idmançı yarışdan kənarlaşdırılır.
Əlavə məlumat.
YARIŞLAR iki günlük yarış üçün 25 manat pay iştirakı ilə keçirilir.
Yarışda iştirak xərclərini ezam edən təşkilatlar və ya idmançıların özləri çəkir. Yarışın təşkilatçısı yarış yerinə qədər nəqliyyat (bazadan birbaşa start yerinə daşınma istisna olmaqla), qidalanma və yaşayış TƏMİN ETMİR.
Yarışda iştirak edən klublar öz idmançılarını qayıqlarla təmin edirlər. Həmçinin hər klubdan hakim komissiyasına akvatoriyada bir köməkçi və xətdə bir hakim köməkçisi təqdim olunmalıdır.
Yarış yerinə şəxsi nəqliyyatla gediş
Diqqət, vacib məlumat.
Yarış iştirakçılarının spirtli içki qəbul etməsi qəti QADAĞANDIR !!! İki gün ərzində idmançının orqanizmində alkoqolun aşkarlanması üçün test keçiriləcək.
Öz idmançıları üçün qayıq təqdim edən klublar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qayıqların qeydiyyat sənədlərini əvvəlcədən təqdim etməlidirlər.
Müraciətlər ciddi şəkildə göstərilən vaxtda qəbul ediləcək, göstərilən vaxtdan gec təqdim edilən müraciətlərə baxılmayacaq.
Yarış gününün cədvəli.
8 00 İdmançıların bazada toplanması.
8 30 tibbi və texniki komissiyanın işinin başlanması.
10 30 Düzülüş. Şifahi təlimat.
11 00 Qayıqların start akvatoriyasına çıxışı
12 00 Start
17 00 Finiş
17 30 Düzülüş və bütün yarış iştirakçılarının yoxlanılması.
18 00 Qayıqların baza ərazisinə çıxışı.
20 00 Təntənəli çəki və günün yekunlarının çıxarılması. Bu il “Caspian Hunters” klubu öz yubileyini - 5 illiyini qeyd edir. Şənbə axşamı gələn hər kəs üçün xüsusi proqram planlaşdırılır. Həmçinin bu il yarışlarda iştirak etmək üçün digər ölkələrin klublarından dostlarımız - idmançılar gələcəklər.
İştirak üçün müraciətlərin təqdim edilməsi və əlavə məlumat almaq üçün ünvan.
Bəşir Səfəroğlu küç. 5, Yaban store mağazası
tel 012 537 00 15 (əlaqə şəxsləri Ağabəy, Tural)
+99(450) 300 36 52
+99(455) 300 82 42
Şərhlər (4)
а такой плот пойдет http://www.batiskaf.ru/spearfishing/bui-ploty/buj-torpedo.html
привет Семен,пойдет,но обязательно должен быть штырь с флажком.
воо нашел его ! посматри ссылку http://www.opensea.ru/spearfishing_buoy-44795.htm
можно.