Lətifələr toplusu №2
8 171[INTRO]Mətbəxdə artıq iyirminci balığı təmizləyən arvad əsəbi halda balıqçı ərinə deyir:
- Səndən insan kimi xahiş edirəm! Balıq ovunda ARAQ İÇ!!!
Elan: Balıqçı ləvazimatı satıram. Kişi səsi cavab versə - nömrəni səhv yığdığınızı deyin...
[/INTRO]
- Siz araq içirsiniz?
- Xeyr.
- Bəs onunla nə edirsiniz?
Ərini heç vaxt balıq ovunda görməmiş qadın heç vaxt bilməyəcək ki, necə səbirli adama ərə gedib.
Bir kişi meşədə gedir. Kefli. Birdən üstünə sığın qaçır və kişini yerə yıxır.
Təzəcə qalxmaq istəyir ki, sığının ardınca ayı qaçır, kişini yenə yıxır və heç fərqinə də varmadan qaçıb gedir. Artıq hirslənmiş kişi dartınıb ayağa qalxır və görür ki, üstünə dovşan qaçır. Kişi kinli-kinli gülümsəməyə başlayır... Bir saniyə sonra yerdə olur, dovşan isə qaçıb gedir.
Və bu zaman göydən səs gəlir:
- Ay kişi, ay kişi! Karuselin yanından çəkiləydin də...
İki balıqçı neçə saatdır sahildə oturub, tutmur.
Sudan dabanbalığı çıxır, sifəti qıpqırmızı, gözləri qıpqırmızı, səsi xırıltılı:
- kişilər, nəyi gözləyirsiniz?
- dişləməni...
ürək yanğısı ilə:
- dişləmə olmayacaq. dişləmə dünən idi...
— Hə, məzuniyyəti necə keçirdin?
— İşdəki kimi. Oturursan, heç nə etmirsən və naharı gözləyirsən.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.