ZGO rayonu
salam bütün sualtı ovçulara .bu gün Qobustan tərəfdə oldum.bir saatlıq ovda 5 kefal mənim nəticəm. çox da üzmək olardı amma yaxşının azı yaxşıdır kostyumum 7-likdir ona görə su
mənə soyuq deyil hətta isti idi.su altında işlər necə oldu danışıram rahat oturun və qulaq asın.üzməyə başlayıb 100 metr kimi üzdüm heç kəs yox suyun görünməsi 2.və 4 metr sahədən asılı olaraq.sahil boyu üzürdüm.suyun dərinliyindən 6 dənə kefal çıxır mən gözəyarı atıram və sürünün başçısı
nizədə.üzürəm irəli heç nə yox.dərinə gedirəm heç nə yox tam sakitlik.sahilə tərəf və sahilciyin boyu sol tərəfi yoxlamağa və yaaavaaaş-yaaavaaaş başladı.balaca sürülər getdi 5.6.7.8. dənə başçıları seçirdim iriləri və yağlıları xırdalara toxunmadım qoy böyüsün.ovun 40 dəqiqəsi keçdi və 5 dənə balıq asqısında. fikirləşdim fikirləşdim və qamışlığa üzdüm baxım görüm orda vəziyyət necədir üzürəm heç nə yox deyirəm yəqin tezdir çəki hələ yatır və birdən suyun içində kölgə və fikir budur çəəəkiiii.yaxına üzürəm balıq deyil bir div dayanıb.lobanı 3 kiloluq az olmaz mən belə lobanı çoxdan görməmişdim.mən onu qamışlıqda necə tutmağı fikirləşənə qədər o qaçdı amma təmkinli və məğrur mənim yanımdan bir metrlikdə üzüb keçdi tuta bilərdim bilərdim amma tutmadım.hələ qabaqdadır .bütün balıqçılara təşəkkür ki bizim yazılarımızı oxuyursunuz və sualtı ovun hisslərini bizimlə yaşayırsınız. bir dəfə ora baş vurdun ömrün boyu xəstəsi oldun.hətta balıq vurmasan da əvəzində sualtı dünyanın gözəlliyinə baxdın o da elə müxtəlifdir ki.balıq ovunda keçirilən bir gün ömrə 1 gün artırır.gələn həftə ova gedirəm hesabat yazacam.bu şəkillər bugünkü ovumdandır balıqlar balacadır ya böyük onu siz qərar verin.hamıya hələlik.
Şərhlər (3)
Красиво!!!!у тебя таланты не только охотника.Спасибо за отчет.захватывает.жаль сазана не взял.но он не первый и не последний.
Класс. А это не вы были в субботу там и к вам 190 подъезжал, спрашивал Диму.
ктото ко мне подъезжал спрашивал про рыбалку точно . может и про диму спрашивал точно не могу сказать.