Məzmuna keç
nature.az
13.05.2011 · YAZ · SUALTI OV

S.Z.

10 674 5
A aga · 13 may 2011 əlavə edildi
Bölmə üz qabığı

Əvvəlcə tava qızır,sonra yağ əlavə edirik,yağ cızıldayır və şirəli balıq tikələrini gözləyir.......Balıq dalınca növbəti səyahətim günortadan sonra başladı,saat 2 radələrində,Səmərəli ov üçün lazım olan hər şeyi yığıb yola düşdüm.Külək o gün cənubdan idi saniyədə 2-3 metr,suyun temperaturu 16 dərəcə,qumluqda görmə məsafəsi 2-3 metr,dərində 3-5 metrdən.Balıq hər yerdə idi,amma iri deyildi,sürü ilə gəzirdi,bilmirəm bəlkə torları yığışdırıblar,tora rast gəlmədim.Seçə-seçə vururdum,xırdaları buraxırdım,bir saatdan sonra 1.5 kiloya yaxın iri birini götürdüm,daha yarım saat sonra sualtı ovçunun diqqətinə layiq daha ikisini.Orta balıqdan da kifayət qədər vurdum.Pnevmatla ov edirdim,çünki bulanıqlıq tez-tez duru su ilə əvəzlənirdi.Orta balıqları duru suda götürdüm,köhnə yaxşı vaxtlardakı kimi,suda asılı qalıb keçən sürüləri vururdum.İriləri qumluqda götürdüm,qumun üstündə rahatca otlayırdı.Prosesdən böyük zövq aldım.Sonra külək təxminən saat 6-da dəyişdi,bir saat da üzüb sahilə çıxdım.....Balığı təmizləyib,tikə-tikə doğrayırıq,emallı ləyənə yığırıq,duz,zerdeçal,qırmızı istiot vururuq.Una bulayırıq,və düz o doğma tavaya.Qızılı rəng alana qədər qızardırıq,heç vaxt artıq qızartmırıq.Boşqaba düzürük,təzə soğan səpirik və süfrəyə veririk.Balığın dadını daha pikant edən narşərabla da olar.Bax beləcə necə deyərlər bugünkü balıq dalınca səyahətim bitdi. Hamıya uğurlu ov!!!!!!!

Hesabatı qiymətləndirin

Şərhlər (5)

A
azik1 13 may 2011, 19:20

zacet

T
TAYGA 15 may 2011, 03:33

Вот это отчёт ОХОТНИКА! (а не детский лепет...) Как всегда информативно (температура, ветер, глубина, как взял). Браво!

A
alex 16 may 2011, 04:46

Зачет!

Л
лягушонок-охотник 16 may 2011, 09:38

Мммм, аж слюнки потекли!)))))Казым все было вкусно написано,только брат забыл дописать ты,как же можно было про Камуфляжную Родимую Теккилу забыть а?))))без нее еда не еда!!))))

A
ARISTOKRAT 20 may 2011, 06:09

nush olsun...mogbi i ugastit ))))

Səfər pasportu

Tarix 13.05.2011
Mövsüm Yaz
Fəaliyyət növü Sualtı ov
Marşrut 23 km asfalt,300 m torpaq yol.
Müəllif aga
Foto sayı 0
Bu gün təqvimdə
B.e Ç.a Ç C.a C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Təqvimi aç →