"Sualtı ov üzrə 6-cı Azərbaycan Çempionatı "
Bütün sualtı ovçulara və rəğbət bəsləyənlərə salam !27-28 sentyabrda bizim üçün əlamətdar hadisə baş tutdu , yəni «6-cı Xəzər Kuboku»,eyni zamanda həm də sualtı ov üzrə Azərbaycan Çempionatı olan yarış.
«Bakı» klubu adından yarışın təşkilatçılarına – Adil Cəlilovun rəhbərliyi altındakı “Caspian Hanters” klubuna təşəkkür etmək istərdim .İldə bir dəfə belə tədbir bizi bir araya gətirir və toplaşıb ,maraqlı mövzularda söhbət etməyə imkan verir. Bu özü-özlüyündə çox gözəldir. Və təbii ki, mükafatlı yerlər uğrunda mübarizə aparmağa –nə də olsa yarışdır.
Yarışın akvatoriyası Pirallahı yarımadası ,starta sahil xəttindən çıxış. Və hər şey həmişəki kimi:balıq axtarmağa 5 saat- ərazi məhdudlaşdırılmır –lastlarla hara üzə bilirsənsə üz , təki vaxtında qayıtmağa çatdır, yoxsa cərimə xalı qazanarsan.
Zəif mehli və günəşli birinci gün ov üçün bundan yaxşı ola bilməzdi –ovlanacağı güman edilən əsas balıq kefal ,belə havanı sevir .Ov şəraitinə gəlincə suyun temperaturu-sahildə 21 dərəcə idi, 3-4 metr dərinlikdə isə bir az isti, 23.Müvafiq olaraq balıq da daha isti suya keçmişdi. Kim vəziyyəti tutdusa ,birinci gün o da liderlərə çıxdı .Və deməliyəm ki ,dörd iştirakçı böyük fərqlə irəli çıxdı. Akvatoriyanı bilmək və peşəkarlıq əsas rol oynadı.
İkinci günün starı daha çox sürət üzgüçülərinin startına bənzəyirdi.Bəs necə, hamı artıq bilirdi ,liderlər xalları harada qazanıb.Və demək olar ki ,bütün iştirakçılar yarışa-yarışa akvatoriyanın sağ hissəsinə atıldı. Bu gün hava, gözlənildiyi kimi ,pisləşdi-güclü cənub-şərq küləyi qalxdı. Dənizdə dalğa da güclü idi .Budur, belə çətin şəraitdə ,iştirakçılar yarışmalı oldu.
Bütün mükafatçıları və iştirakçıları keçmiş
bayram münasibətilə təbrik edirik!
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.