Azərbaycan Sualtı Ov Çempionatının VİDEOSU
Qışda sualtı ovçu nə ilə məşğul olsun, hovuzda səviyyəsini qaldırmaqdan və çəkilmiş videonu montaj etməkdən başqa.Budur, nəhayət əlim çempionatda çəkilmiş materiala da çatdı,birdən kiməsə maraqlı olar, buradan baxmaq olar:http://youtu.be/83Gp9MWAuVE
Hesabat da çılpaq görünməsin deyə Şri-Lankaya son səfər haqqında fotolarla bərkidilmiş bir-iki söz.Baxmayaraq ki, məlum oldu ki,noyabr orada sualtı ov üçün ən yaxşı vaxt deyil.Orada olduğumuz ilk üç gün hava əla idi-günəş, sahildə belə görünüş 3-5m.Okeanda uzaq yerlərdə isə 10-12 m.Əlbəttə, okean üçün ən yaxşı görünüş deyil,amma sualtı macəralar üçün tam işlək görünüşdür.Suyun temperaturu bütün dərinlik boyu sabit 28 dərəcə.Sonra hər gün müddəti artan yağışlar çaylar vasitəsilə yuyulmuş torpağı okeana gətirir və görünüş pisləşir.
Yuxarı hissəsi 12-15 metrdən 30m-ə qədər qırılan uçurumda ov edirdik.Həm də dalıb nöqtəyə düşmək üçün qayıqla axına qarşı yerə 300 m.qədər qalxmaq və axınla aşağı enərək, axının səni lazımi nöqtəyə çəkməsinə imkan verib əvvəlcədən dalmaq lazım gəlirdi.Asan iş deyil,amma yaxşı ki, səthdən uçuruma yaxınlaşmağın əsas əlaməti görünürdü-başqa xırda balıqlarla qarışıq renburaner sürüsü.Bu elə suyun altına getmək vaxtının çatdığının əlamətidir və haradasa aşağıda bu xırdalığı iri yırtıcı güdür.
Dalışların birində, dibdə bərkiyib ətrafımda fırlanan xırda balıqların burulğanına tamaşa edirəm.Gözəllikdir-burada mümkün olan bütün rənglər var və birdən ...bütün xırdalıq(0.5-3 kq.-lıq balıqlar) bir anda kənara sıçrayır və səhnəyə trevalli (GT) soxulur və məni öz ərazisindən qovmağa çalışaraq düz üstümə şığıyır.Balıq lap yaxına gələnə qədər gözlədim və atəş açdım.Trevalli daşlara soxulmağa cəhd etdi ,əgər onlara çatsa problem olacaq-xətti qayaya dolayıb ya zıpkını əyəcək,ya da xətti qıracaq.Bütün gücümlə üzgəclərlə onu daşlardan kənara dartıram,orada isə artıq bir az asandır.Balıq 26kq. çıxdı.
Səfər ərzində 20-yə yaxın tunes,iri qrupper,snayperlər,skumbriyalar vurduq.
Bir-iki ildir ki, trofey ovunu özüm üçün kəşf etmişəm-hisslər əlbəttə ,iri balığı görəndə, üstəlik onu vurmağa nail olanda sözlə ifadə etmək olmur.Emosiyalar aşıb-daşır ...Sınamaq lazımdır)))
İldə bir neçə dəfə müxtəlif akvatoriyalara, okeana, təmiz şəffaf suya gedirəm.Kimə belə səfərlər maraqlıdırsa -zəng edin ,yazın.Bəlkə alındı və birlikdə gedərik.Dərin sualtı ovu öyrədə bilərəm.
Hamını qarşıdan gələn bayram münasibətilə təbrik edirəm!!!
Şərhlər (3)
А сколько будет стоить такое путешествие?
Зависит стоимость от сезона и за сколько времени планировать поездку(билет за 2-а месяца стоит 320 ман ,а за 15 дней уже 800 ман.)В среднем поездки обходятся от 1000. Недешево .А если посчитать по другому-каждая поездка у нас к морю здесь обходится 20-30 ман.Т.е. 30 местных вылазок меняем на 10 охот в океане. Думаю раз в год можно себе позволить такое удовольствие!
да можно позволить с удовольствием сьездил бы.