ZGO
salam.balıqçılar.dünən axşam ZGO-ya getdim.saat 18-də suya girdim.suyun görüntüsü orta idi 3 metr kimi. su çəkilib 2 saat üzdüm balıq az çıxdı daha doğrusu balıq harada
rast gəlirdisə də vurmağa dəyməzdi hamısı xırda idi.300 qramlıq.birtəhər 10 kefal seçdim kukana taxdım.həm sağ sahili üzdüm həm sol .mənim müşahidələrimə görə balıq əsasən 2 metr dərinlikdə idi.bir dənə də sanballı kefal görmədim.kefaldan başqa
başqa balıq tapmadım amma ilan qaynayır
müxtəlif ölçüdə.qayıdanda zavodun yanına sürdüm balıqçı çox idi saymadım.1 kq-a qədər balaca kutumlar tuturlar
kimisi 3 kimisi 5 kimin necə bəxti gətirsə.ayın 11-də Mərdəkanda idim
yolüstü balıqçıların yanına döndüm kutumu pis tutmurlar standart 1 kq-a qədər.xul balığının əti tikələrinə tuturlar.hamıya uğurlu balıq ovu.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.