Madison şəhəri, ABŞ - 1-ci hissə
Hazırda Amerikadayam, Viskonsin ştatının Madison şəhərində. Şəhər balaca və sakitdir. Ətrafda bir neçə göl və çay var. Bir sözlə, balıqçı üçün cənnətdir. Burada vaxtım çox olduğundan qərara gəldim ki, boş-boşuna oturmayım, çünki Mendotta və Monona kimi möhtəşəm gölləri görəndə əl-qolu bağlı oturmaq günahdır. Amma bütün tərtibatım evdə, Bakıda qalıbsa, necə balıq tutum? Burada tərtibatın harada satıldığını öyrəndim. Dedilər ki, münasib qiymətə Wall-Mart mağazasında tapmaq olar. Wall-Mart-a girdim və Shekspeare Ugly Stick-dən 25 dollara tilov aldım. Onu da deyim ki, Bakıda 25 dollara mantar dəstəkli karbon tilov almaq mümkün deyil. Tilovla bərabər hazır qarmaq bağlamaları, üzgəc, istifadə üçün çox rahat olan dərinliyi tənzimləmək üçün hazır stoporlar və daha bir-iki faydalı şey də götürdüm. Amma iş tilov almaqla bitmir. Balıq tutmaq üçün lisenziya da almaq lazım idi, bu da istənilən sivil ölkədə adi praktikadır. 4 günlük üçün 25 dollar ödəyib lisenziyamı aldım. Ertəsi gün taksi tutub yem dalınca getdim. Bir mağazada dedilər ki, hazırda bizdə yem yoxdur. Və haradan almaq olacağını dedilər. Taksi sürücüsü xahişimlə məni gözlədiyindən başqa ünvana getdik. Bu, adi şərab-araq mağazası idi, eyni zamanda yem də satırdı. Bir balaca banka qurd sürfəsi və 25 ədəd soxulcan aldım, hamısına 4 dollar ödədim.
Ardı var -)))
Şərhlər (4)
Красавчик Барракуда, так держать. Даешь рыбалку без границ.
Наши даже в Америке жгут. А кутум там клюёт?
barracuda, супер! Ждём фоток улова!
Фотки уже повесил и 2-ю часть отчета написал как было обещано. Думаю вам понравится